Araqçın
Əziz dostlar!
Sizə “Parça, geyim, tikmə” kolleksiyamızdan baş geyimi-araqçını təqdim edirik.
Orijinallığı və son dərəcə müxtəlifliyi ilə seçilən ənənəvi baş geyimləri − örtük və bəzəklər qadınların etnik mənsubiyyətini, ictimai və yaş fərqlərini əks etdirirdi. Bu qrupa milli baş geyimi araqçın da aiddir. Bədii tikmə ilə işlənilmiş, zəngin dekorativ bəzəyi ilə fərqlənən araqçın çənənin altında bağlanılan qarmaqcıqlar və ya bağla başa bərkidilirdi. Araqçının üstündən bəzəkli baş sancaqları ilə ona sancaqlanan örpək, kəlağayı və b. yaylıqlar örtürdülər.
Araqçın xalq şifahi ədəbiyyatında, xüsusilə mahnı və bayatı janrında çox geniş yayılmışdır.
Araqçının məndədir,
Sərmişəm, çəməndədir.
Aləm gözələ dönsə,
Mənim gözüm səndədir.
Araqçın. Naxçıvan, Azərbaycan. XX əsrin əvvəli. Pambıq. Örtmə, cülmə. İnv. № 471
Araqçın. Qarabağ, Azərbaycan. XIX əsrin əvvəli. Tirmə, pambıq. Güləbətin, cülmə. İnv. № 1426