Çinin ölkəmizdəki səfiri Lu Mey Azərbaycan Milli Xalça Muzeyində qonaq olub
Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Muzeyin direktoru Əminə Məlikova xanım Lu Meyi qarşılayaraq Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb. Sonra səfir muzeyin ekspozisiyasını ziyarət edib. Qonağa Azərbaycan xalça sənəti, muzeyin kolleksiyaları barədə ətraflı məlumat verilib. Lu Mey “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə də tanış olub.