Zərgərlik fondu

Məlumdur ki, zərgərlik sənəti əsrlər boyu Azərbaycanda ən inkişaf etmiş sənətlərdən biri olmuşdur. Burada zərgərlik sənətinin bütün texnikaları yüksək peşəkərlıq səviyyəsində işlənir və tarix boyu burada özünəməxsus bədii ənənələr formalaşırdı.
 
1967-ci ildə təsis edilmiş muzey mövcud olduğu illərdə gözəl dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən zinət əşyalarından ibarət qiymətli kolleksiya yığmağa müvəffəq olmuşdur. Hal-hazırda muzeyin zərgərlik fondunda 800 eksponat qorunub saxlanılır. Zərgərlik fondunda təqdim edilən eksponatlar Tunc dövrünə aid olan nadir nümunələrdən, XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edən həm qadın, həm də kişi zinət əşyalarından ibarətdir.
 
Təqdim edilən ekspozisiyada zərgərlik sənətinin müxtəlif işlənmə texnikasında hazırlanmış qadın zinət əşyalarının demək olar ki, bütün tipləri nümayiş olunur.
Kişi zərgərlik nümunələri güclü cinsin əzəmətini və mərdliyini xüsusi olaraq vurğulayır.
 
Qədim dövrün qiymətli eksponatları ilə yanaşı, burada Azərbaycan zərgərlik sənətinin ənənələrini davam etdirən müasir müəllif işlərini də görmək olar. Bu da zərgərlik sənətinin nəsildən-nəsilə ötürülən çoxəsirlik ənənələrinin həmişəyaşar olduğunu bir daha sübut edir.