Butan Milli Assambleyasının sədri Lunqten Dorci Azərbaycan Milli Xalça Muzeyində qonaq olub edib
Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasına qatılmaq məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Butan Milli Assambleyasının sədri Lunqten Dorci və Assambleya üzvü Kinzanq Vanqçuk Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqları muzeyin direktoru Əminə Məlikova qarşılayaraq onları rəhbərlik etdiyi muzeydə görməkdən məmnunluğunu dilə gətirib.
Sonra qonaqlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib. Sədr Lunqten Dorciyə muzeyimizin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.