“Sənətdə bənzərsiz eşq” adlı mühazirə keçirilib.

Muzeyimizdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş sərgi çərçivəsində “Sənətdə bənzərsiz eşq” adlı mühazirə keçirilib. Mühazirə Xalq rəssamı Aydın Rəcəbov və xalçaçı-rəssam Gülmurad Bəbirov tərəfindən təqdim olunub. Onlar Füzulinin bədii irsindən, nurani görünüşlü dühanın obrazından, poeziyasının qayəsini təşkil edən sonsuz eşq, gözəllik məfhumlarından təsirlənərək yaratdıqları xalçalar barədə qonaqlara ətraflı məlumat veriblər.

Tanınmış xalça rəssamlarının Füzuli yaradıcılığına ehtiramlarını ifadə edən dəyərli mədəni irs nümunələri haqqında mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.