29 aprel Beynəlxalq Rəqs Günüdür

29 aprel Beynəlxalq Rəqs Günüdür. Bu əlamətdar tarix 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib. İctimaiyyətin diqqətini rəqs sənətinə cəlb etmək məqsədilə dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Rəqs Günü hər il qeyd olunur.

Odur ki, sizə muzeyimizin kolleksiyasından üzərində qədim və zəngin tarixi olan, ülvilik, gözəllik, birlik və sevgi rəmzi sayılan rəqslərimizdən təsvirlərin yer aldığı dekorativ-tətbiqi sənət nümunələrini təqdim edirik.