“Bir ömrün naxışları” adlı mühazirə keçirilib

Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illiyinə həsr olunan “Bir ömrün naxışları” adlı mühazirə keçirilib. Muzeyimizdə eyniadlı sərgi çərçivəsində təşkil olunan mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən aparılıb. O, xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən, çoxşaxəli yaradıcılığa malik sənətkarın zəngin fəaliyyətindən danışıb. Eyni zamanda, Aydın Rəcəbovun milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaratdığı orijinal kompozisiyalı əsərlərindən bəhs edib.