Muzeyimizdə tanınmış jurnalist, tədqiqatçı Boris Qoldberqin “Sikstin kapellasının tavanına bax” filminin təqdimatı və müəlliflə görüş keçirilib.

Muzeyimizdə tanınmış jurnalist, tədqiqatçı Boris Qoldberqin “Sikstin kapellasının tavanına bax” filminin təqdimatı və müəlliflə görüş keçirilib.

İyirmi ildən artıq “Amerikanın Səsi” radiostansiyasında çalışan Boris Qoldberq “Kino dünyasından”, daha sonra isə “Olaylar və düşüncələr” proqramlarının aparıcısı olub. O, “Altıncı hiss - ölümcül səkkizlik” poeziya toplusunun, “Praqa haqqında təbəssümlə” şeirlər bələdçisinin, Kazanovanın “Kazanovanın düsturu” adlı poetik bioqrafiyasının, o cümlədən “İncil sevgisi və hiyləsi”, “Mənim Mikelancelom”, “Dəcəl erotika” kitablarının və “Təbəssümlə Praqa haqqında”, “Mikelanceloya görə dünyanın yaradılması” filmlərinin müəllifidir.

Boris Qoldberqin Bakıya səfəri Natəvan Cəmiyyəti və ColibriArts tərəfindən təşkil edilib.