Muzeyimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Tarixin salnaməsi” sərgisinə məktəblilər də xüsusi diqqət göstərirlər.

Muzeyimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Tarixin salnaməsi” sərgisinə məktəblilər də xüsusi diqqət göstərirlər. Uşaqlar bu layihə çərçivəsində sərgilənən “Tarixin salnaməsi” adlı tematik xalçanın kompozisiyasını, süjet xəttini canlandıran videoproyeksiyanı izləməkdən böyük zövq alırlar. Onlar videointerpretasiya vasitəsilə eksponatın dərin məna qatlarını anlayır və maraqla izlədikləri görüntüləri müzakirə edirlər.

Əgər siz də ölkəmizdə muzey sahəsində multimedia imkanlarından istifadə edərək ilk dəfə həyata keçirilən bu unikal layihə çərçivəsində sərgilənən eksponatla tanış olmaq istəyirsinizsə, muzeyimizi mütləq ziyarət edin!