Monteneqro parlament­inin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə hey­əti Azərbaycan Milli Xalça Muzeyində olu­b.

Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub. Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayaraq, onları daimi ekspozisiya, o cümlədən Zərgərlik fondu ilə tanış edib. O, burada nümayiş olunan Azərbaycan xalçaları, xalça məmulatları, bədii metal, geyim və zərgərlik nümunələri barədə ətraflı məlumat verib. Şirin xanım milli-mədəni irsimizin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb, həmçinin qonaqlara muzeyimizin nəşrlərini hədiyyə edib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan qonaqlar göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətiriblər.