Muzeyimizdə “I Xosrov Ənuşirəvanın gümüş dirhəmləri və onların Azərbaycan tarixində rolu” adlı mühazirə keçirilib

Muzeyimizdə “I Xosrov Ənuşirəvanın gümüş dirhəmləri və onların Azərbaycan tarixində rolu” adlı mühazirə keçirilib. Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü, kolleksiyaçı, numizmat Rüstəm Hüseynov təqdim etdiyi mühazirədə Sasani dövlətində gümüş sikkə standartı, I Xosrov Ənuşirəvan dövrünə aid sikkə nümunələri, Cənubi Qafqaz və ona bitişik ərazilərdə zərbxanalar, onların Sasanilərin maliyyə sistemində rolu barədə danışıb. Rüstəm Hüseynov həmçinin ticarətin mərkəzi kimi Bakının Sasanilər dövlətinin şimal bölgələrinin iqtisadiyyatında rolu, I Xosrov Ənuşirəvanın vəfatından sonra sikkələrin dövriyyəsi və s. haqqında ətraflı məlumat verib.