Azərbaycan Milli Xalça Muzeyində rəssam, kinorejissor, fəlsəfə üzrə fəlsəfə doktoru, incəsənət nəzəriyyəçisi Teymur Daiminin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabının təqdimatı keçirilib.

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində rəssam, kinorejissor, fəlsəfə üzrə fəlsəfə doktoru, incəsənət nəzəriyyəçisi Teymur Daiminin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabının təqdimatı keçirilib.

Müəllif mədəniyyətin mənəviyyat, iman, ənənə, mistisizm, həmçinin digər müasir problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün qələmə aldığı kitab haqqında ətraflı məlumat verib. Teymur Daimi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qonaqlara həmçinin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabı hədiyyə olunub.

Məlumat üçün qeyd edək ki, kitabda ənənəvi olaraq “incəsənət” adlandırılan fəaliyyətə alternativ olaraq “vizual antropoloji təcrübə” tərifi verilir. Vizual təcrübənin əsaslarını yenidən nəzərdən keçirən Teymur Daimi bu təcrübənin insanın estetik ehtiyaclarının ödənilməsi, dünyanın incəsənət prizmasından və ya obrazlı dərk edilməsi üçün yaranmadığı qənaətinə gəlir. O, bəşər tarixi yaranandan meydana çıxan vizual təcrübənin məqsədinin həm incəsənətin, həm də ümumiyyətlə mədəniyyətin hüdudlarından kənara çıxdığını əsaslandırır. Yeni nəşr bütövlükdə bu fenomenal təcrübənin geniş izahına həsr olunub.