“Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri”​ adlı mühazirə keçirilib.

Bu gün muzeyimizdə “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri”​ adlı mühazirə keçirilib. Mühazirə​ Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov​ tərəfindən təqdim olunub. O, Şərq ölkələri tarixində baş vermiş fenomen bir hadisə - “gümüş böhranı” və həmin dövrdə Şirvanşahlar dövlətinin​ öz sikkələrini zərb etməyə başlaması, tədricən​ bütün regiona böyük təsir göstərən, qonşu ölkələr üçün örnək olan​ müxtəlif nominallı sikkələr sisteminin yaradılması barədə​ təfərrüatlı​ məlumat verib