|
Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi
AZƏRBAYCAN XALÇAÇILIQ SƏNƏTİ YUNESKO-nun BƏŞƏRİYYƏTİN QEYRİ-MADDİ MƏDƏNİ İRSİN REPREZENTATİV SİYAHISİNA DAXİL EDİLMİŞDİR. 16 Noyabr 2010-cu il, Nayrobi, Keniya
Xəbərlər
|
ANONS
BİR OCAQDA PARLAYAR MİN ÜRƏYİN İŞIĞI
SƏRGİ-SATIŞ
22-26 may 2012-ci il
AÇILIŞ: 22 may 2012-ci il, saat 15.00, Xalça Muzeyi
22-26 may 2012-ci il tarixlərində “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondun dəstəyi ilə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində MDB xalqlarının Beynəlxalq dekorativ-tətbiqi sənət nümunələrinin sərgi-satışı təşkil ediləcək.
Sərgi-satışda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və Ukraynadan olan sənətkarların əl işləri nümayiş olunacaq.
Keçirildiyi yer:
- «Art studiya», Asəf Zeynallı 51/4, İçəri şəhər, Bakı; tel: 492-42-35;
e-mail: acwu@day.az
- Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi; Neftçilər prospekti 123a, Bakı; tel/fax: 493-20-19, 493-66-85
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 12-30 may 2012-ci il tarixlərində Rusiyanın tanınmış xalça rəssamı İqor Burqanovun müasir xalça sərgisini təşkil edir.
Rəssam öz dünyasını “Əl”, “Planetin cazibə qüvvəsi”, “Günəşin doğması”, “Uçuş”, “Quş”, “Quşlar”, “Qız”, “Mənzərə”, “Moskva”, “Qasırğa”, “Dalğa” kimi xalça obrazlarında ifadə etmişdir.
Sərgidə rəssamın doqquz əsəri nümayiş olunacaq.
Sərginin açılışı 12 may saat 15:00-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 123a
Tel/fax: 493-20-19 493-66-85
|
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrini qədim dövrlərdən bugünədək bütün zənginliyilə özündə əks etdirir. Muzey Azərbaycanın xalça və xalq tətbiqi sənətinin nümayiş edildiyi ən zəngin ekspozisiyaya malikdir. 13 zalda təqdim edilən milli sərvətimiz Azərbaycan incəsənətinin öyrənilməsində əsas təşkil etməklə yanaşı, xalça və xalq tətbiqi sənətinin tarixini, bədii əhəmiyyətini, texnoloji çeşidliyini özündə əks etdirir, bu bənzərsiz sənət növünün ümumbəşəri mədəniyyətlə əlaqəsini göstərir.
Burada Azərbaycanın xalça və xalça məmulatlarının növləri, tarixi dövrləri, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz qrupları kimi klassik toxuculuq məktəblərinin fərdi ənənələri, metal məmulatları, milli geyim və bədii parça nümunələrinin sonsuz çeşidləri diqqəttə çatdırılır.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 1967-ci ildə yaradılmışdır. İlk ekspozisiyası 1972- ci ildə açılmışdır. Yarandığı gündən bu günədək Azərbaycan xalqının maddi və mənəvi irsinin mühafizəsini təşkil edən muzey Respublikamızda eləcə də dünyada xəzinəsindəki eksponatların tərkibinə və əhəmiyyətinə görə ilk ixtisaslaşmış muzeydir. Muzeyin zəngin xəzinəsini təşkil edən nadir sənət əsərləri əsli nümünələrdən ibarətdir.
Muzey tərəfindən Azərbaycanın bütün bölgələri üzrə aparılan elmi tədqiqatlar nəticəsində xalça və xalq tətbiqi sənəti nümunələrinin toplanılması sahəsində də geniş iş aparılır. Bu gün muzeyin zəngin toplusunda 10.000-dək xalça və xalq tətbiqi sənəti nümunələri mühafizə edilir.
|
Phone: +99(412)4936 685
E.mail: mail@azcarpetmuseum.az
Copyright © Azerbaijan Carpet Museum
All Rights Reserved
|