Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı ikigünlük beynəlxalq elmi-praktik konfrans öz işini uğurla başa çatdırıb.

Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı ikigünlük beynəlxalq elmi-praktik konfrans öz işini uğurla başa çatdırıb. Azərbaycan Milli Xalça Muzeyində hibrid formatda keçirilən konfransa bir sıra ölkələrdən olan mütəxəssislər onlayn formatda qoşulublar. İştirakçılar “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış ediblər.