Xalq rəssamı Kamil Əliyevin doğum günü ilə əlaqədar bu gün Azərbaycan Milli Xalça Muzeyinin kollektivi və böyük sənətkarın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransa qatılan xarici mütəxəssislər birgə Fəxri xiyabana gəliblər.

Xalq rəssamı Kamil Əliyevin doğum günü ilə əlaqədar bu gün Azərbaycan Milli Xalça Muzeyinin kollektivi və böyük sənətkarın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransa qatılan xarici mütəxəssislər birgə Fəxri xiyabana gəliblər. Onlar görkəmli xalçaçı-rəssam Kamil Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla andılar, ruhuna dualar oxudular, məzarı önünə gül dəstələri düzdülər.