Muzeyimizdə Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Muzeyimizdə Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Konfransı muzeyin direktoru Şirin Məlikova açaraq, onun əhəmiyyətini vurğulayıb. O, tədbirə dünyanın müxtəlif ölkələrindən canlı və onlayn şəkildə qatılan mütəxəssislərə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan ikigünlük konfrans muzey işçilərinin, rəssamların bir-birindən maraqlı məruzələri ilə öz işini davam etdirir.