Bakı Ekspo Mərkəzində açılan “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunur.
Bakı Ekspo Mərkəzində açılan “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunur.
Xalça Muzeyinin stendində son illər muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan ənənəvi “Çələbi”, “Ağ çiçəklər”, “Ləmpə”, “Malıbəyli” xalçalarının replikaları nümayiş etdirilir.
22 oktyabr tarixinədək davam edəcək sərgi ərzində muzeyin Mədəniyyət və təhsil şöbəsinin bələdçisi Mehin Aslanovanın təqdimatında “Qarabağ xalçaları” adlı mühazirə olacaq. Ənənəvi texnologiya şöbəsinin toxucusu Rəna Süleymanova tərəfindən hər gün saat 12:00-da və 15.00-da xalça toxuma və xalça eskizlərinin hazırlanması üzrə ustad dərs keçiriləcək.