16 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən muzeyimizin eksperti, xalçaçı-rəssam Aydın Rəcəbov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
Əziz dostlar,
Sizinlə sevindirici xəbəri bölüşmək istərdik. 16 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən muzeyimizin eksperti, xalçaçı-rəssam Aydın Rəcəbov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
Görkəmli sənətkar xalça sənətimizin inkişafına bir çox töhfələr vermiş, öz əsərlərində ənənə və müasirliyi peşəkarlıqla sintezinə nail olmuşdur. Milli irsdən qaynaqlanan yeni bədii münasibət, sənətkar fərdiliyinin orijinal təqdimatı Aydın müəllimin özünəməxsus yaradıcı xüsusiyyətlərindəndir. O, xalçaçılıq sənətində fəaliyyət göstərdiyi onilliklər ərzində bir çox xovlu və xovsuz xalça eskizləri yaratmışdır.
Onun əsərləri beynəlxalq sərgilərdə nümayiş olunmuş, muzeyimizlə yanaşı, xarici ölkələrin bir çox kollekiyalarında saxlanılır.
Fəxri ada layiq görülməsi münasibətilə Aydın müəllimi ürəkdən təbrik edir, möhkəm cansağlığı və tükənməz yaradıcılıq eşqi arzulayırıq!