Muzeyimizdə “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində rəssam CHINGIZ-lə “Mənalı naxış” ustad dərsi keçirilib.
Muzeyimizdə “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində rəssam CHINGIZ-lə “Mənalı naxış” ustad dərsi keçirilib. CHINGIZ ustad dərsdə müəllifi olduğu xalçalar haqqında ətraflı məlumat verib. Onlardakı naxışları fərdi olaraq hər bir xalça üçün fərqli işlədiyini vurğulayıb. Müəllif həmin ornamentlərin yaranma prosesi, onların daşıdığı mənalar barədə danışıb.
Ustad dərsdə sənətkar iştirakçılara məxsus ideyaları dinləyib, onlara müəllifi olduqları naxışları hazırlamağa kömək edib.