1 oktyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində yeni açılmış “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində “Ənənə və novatorluq” mövzusunda diskussiya keçirilmişdir.
1 oktyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində yeni açılmış “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində “Ənənə və novatorluq” mövzusunda diskussiya keçirilmişdir. Görüşdə sənətşünaslar, təsviri və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr, jurnalistlər iştirak etdilər. Diskussiyanın moderatoru sənətşünalıq üzrə fəlsəfə doktoru Elçin Şamilli olmuşdur. Tədbir iştirakçıları muzeyin direktoru, həm də layihənin kuratoru Şirin Məlikovaya və sərgidə nümayiş olunan müasir xalçaların yaradıcısı CHINGIZ-ə müəllifi olduğu əsərlər, xalça sənətinin dünəni və müasirliyi, konseptual incəsənətin xalça sənətinə təsiri və digər mövzularda çoxsaylı suallar ünvanlamış, maraqlı fikir mübadiləsi aparılmışdır.