Bu gün Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsinin yazıldığı II Qarabağ müharibəsinin başlanmasından bir il ötür.
Bu gün Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsinin yazıldığı II Qarabağ müharibəsinin başlanmasından bir il ötür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər ordumuz tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları başlandı. 44 gün davam edən müharibədə doğma Vətənimizin 30 ilə yaxın işğal altında olan torpaqları azad edildi, Silahlı Qüvvələrimizin üç minə yaxın qəhrəmanı bu yolda şəhidlik zirvəsinə ucaldı, neçə-neçə igid qazi adını qazandı. II Qarabağ müharibəsi pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdı və torpaqlarımızın bütövlüyü bərpa edildi.
27 sentyabr Anım Günündə canı, qanı bahasına qalibiyyət salnaməsi yazan şəhidlərimizə Allahdan rəhmət diləyir, dərin ehtiramla ruhları qarşısında baş əyirik!