XII –XIII əsrlərə aid Xaraba Gilandan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin təqdimatında “Bir eksponatın tarixi” layihəsində muzeyin “Parça, geyim, tikmə” kolleksiyasının ən qədim eksponatı olan XII –XIII əsrlərə aid Xaraba Gilandan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçirilib.
Bəhlul müəllim mühazirədə parça fraqmentinin tarixi, onun üzərindəki yazı və ornamentlər, eləcə də tapıldığı türbə barədə ətraflı məlumat verib.
Bəhlul İbrahimli həmçinin müəllifi olduğu 2 kitabı muzeyimizin kitabxanasına hədiyyə edib.