ICESCO-nun elm və texnologiya üzrə müşaviri Dr. Məhəmməd Şərif Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

ICESCO-nun elm və texnologiya üzrə müşaviri Dr. Məhəmməd Şərif Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Ekspozisiya ilə yaxından tanış olan qonaqda Azərbaycan xalça sənəti nümunələri, xüsusilə Qarabağın "Xətai", "Bağçada güllər" xalçaları böyük maraq doğurub. Ona muzeyin inklüzivlik layihələri, Ənənəvi texnologiya şöbəsinin qədim, unudulmuş xalçatoxuma texnikalarını dirçəltməsi barədə də məlumat verilib. Dr. Məhəmməd Şərif muzeyin xatirə kitabına xoş təəssüratlarını qeyd edib.