Azərbaycan Milli Xalça Muzeyi ilə Belarusun “Nesvij” Milli Tarix və Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Milli Xalça Muzeyi ilə Belarusun “Nesvij” Milli Tarix və Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə muzey işi sahəsində birgə tədqiqatların, nəzəri və təcrübi bilik mübadiləsinin aparılması, sərgilərin keçirilməsi, elmi konfrans və seminarların təşkili kimi önəmli müddəalar yer alıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova və “Nesvij” Milli Tarix və Mədəniyyət Muzey-Qoruğunun direktoru Dimitri Yaşenko tərəfindən imzalanan Memorandumun hər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi və inkişafına töhfə olduğu vurğulanıb.

Sonra qonaqlar muzeyin ekspozisiyası, həmçinin şöbələri ilə yaxından tanış olublar.