Sizi “Xalçalarda yaşayan tariximiz” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə təşkil olunan “Xalçalarda yaşayan tariximiz” adlı mühazirəyə dəvət edirik. Xalçaçı-rəssam Taryer Bəşirovun zəngin yaradıcılıq yoluna həsr edilən mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova tərəfindən aparılacaq.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/2mVsMg2P3CJUdTCv7

Azərbaycan Milli Xalça Muzeyi

04 may 2024-cü il, saat 15:00