Muzeyimizdə Dünya Autizm Maarifləndirmə ayı və 5 may – Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "İstedad sərhəd tanımır" adlı tədbir keçirilib

Muzeyimizdə Dünya Autizm Maarifləndirmə ayı və 5 may – Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "İstedad sərhəd tanımır" adlı tədbir keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə baş tutan tədbirin bədii hissəsində əlilliyi olan uşaqlar rəqslər, mahnılar ifa edibər, şeirlər səsləndiriblər.

26-28 aprel tarixlərində isə əlilliyi olan şəxslərin, autizm və daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi-yarmarka keçirilib.