“Bir ömrün naxışları” sərgisi çərçivəsində uşaqlar üçün “Nağıl saatı” təşkil olunub.

Muzeyimizdə Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə keçirilən “Bir ömrün naxışları” sərgisi çərçivəsində uşaqlar üçün “Nağıl saatı” təşkil olunub. 232 nömrəli məktəbin şagirdləri muzeyin əməkdaşının sənətkarın əsərlərinin mövzu və personajlarından bəhrələnərək ərsəyə gətirdiyi “Sirli tarla” nağılını dinləyiblər. Onlar həmçinin sərgi ilə yaxından tanış olublar.

Muzeyin Uşaq şöbəsi şagirdlər üçün Aydın Rəcəbovun “Qoç” əsəri əsasında rəngləmə üzrə ustad dərsi keçiriblər.