XX əsrin əvvəllərinə aid xovsuz xalçalar əsasında toxunan sənət nümunələrinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.

Bu gün muzeyimizin kolleksiyasından qorunub saxlanılan XX əsrin əvvəllərinə aid xovsuz xalçalar əsasında toxunan sənət nümunələrinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib. Xovsuz xalça növü olan zilinin və şəddənin kəsimi mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib.