Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

Ölkəmizdə səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonaqlar muzeyin kolleksiyaları ilə yaxından tanış olublar. Onlara muzeyin tarixi, fəaliyyəti, Azərbaycan xalça sənəti barədə ətraflı məlumat verib. Aleksandr Beqlov muzeyimizlə bağlı duyğu və düşüncələrini xatirə kitabına yazıb.

Qonağa muzeyin nəşri hədiyyə olunub.