“Orta Asiyanın XIX-XX əsrlərə aid tekstil və zinət əşyaları” adlı mühazirə keçirilib

Muzeyimizdə kolleksiyaçı Virciniya Morqan-Hayat tərəfindən “Orta Asiyanın XIX-XX əsrlərə aid tekstil və zinət əşyaları” adlı mühazirə keçirilib. O, türk xalqlarının qədim mədəniyyətini tərənnüm edən bənzərsiz milli geyim və zinət əşyalarının özünəməxsus xüsusiyyətləri barədə ətraflı məlumat verib. Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mühazirə “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi çərçivəsində baş tutub. Aprelin 7-dək davam edəcək bu sərgidə kolleksiyaçı Virciniya Morqan-Hayatın kolleksiyasından dəyərli nümunələr də yer alır.