Azərbaycan Milli Xalça Muzeyində Novruz çərşənbələri qeyd olunub

Azərbaycan Milli Xalça Muzeyinizdə adət-ənənələrimizi, mifik dünyagörüşümüzü tərənnüm edən, təbiətin yenilənməsini, baharın gəlişini müjdələyən Novruz çərşənbələri xüsusi təntənə ilə qeyd olunur.

Bayram tədbirləri muzeyin Uşaq şöbəsi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, 132-134 nömrəli təhsil kompleksi, Azərbaycan Ritmləri Mahnı və Rəqs Ansamblı, İnnovasiya Tədris Mərkəzi və “Qafqaz vurğunları” rəqs qrupunun iştirakı ilə keçirilib. Muzeyin balaca dostları üçün tematik ekskursiya, ustad dərsləri təşkil olunub, “Keçəl və Kosa” tamaşaları, “Novruz xoş gəldin” adlı rəsm sərgisi,milli rəqslər təqdim edilib, şeirlər, mahnılar ifa olunub.