Sizi “Sənətkar ömrü” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi Azərbaycan xalça sənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli rəssam, peşəkar texnoloq, sənətşünas-alim, yazıçı-publisist Cəfər Mücirinin yaradıcılığına həsr olunmuş “Sənətkar ömrü” adlı mühazirəyə dəvət edirik. Xalça sənətinin istehsalatda təkmilləşməsi məqsədilə yazılan çoxsaylı kitabların müəllifi Cəfər Müciri haqqında mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova tərəfindən təqdim olunacaq.

Daha sonra iştirakçılar üçün muzeyin Ənənəvi texnologiya şöbəsində ikiüzlu xovlu xalçanın toxunması üzrə ustad dərsi keçiriləcək.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/yoc9ACrMH7Guw9MW8

Azərbaycan Milli Xalça Muzeyi

16 mart 2024-cü il, saat 16:00