“Uçan xalça” marionet kukla teatr tamaşası

“Şuşa ili” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası uşaqlar arasında Azərbaycan xalça sənətinin təbliği və onların milli-mədəni irsimizə sevgi ruhunda tərbiyəsi məqsədi daşıyır. Tamaşada Nabat nənə nəvəsi Ömərlə sehirli xalça dünyasına səyahət edərək, vətənimizin müxtəlif bölgələrinin xalça naxışları ilə tanış olur. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən Uşaq Birliyinin üzvləri tərəfindən ərsəyə gətirilib.