“Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” davam edir.

Əziz dostlar,

“Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi” davam edir. Burada rəssamın müxtəlif mövzu və texnikalarda işlədiyi qobelenlər, xalça və xalça eskizləri nümayiş olunur.

Sərgilənən qobelenlərdən biri rəssamın 2009-2010-cu illərdə yaratdığı “Həyat ağacı” triptixidir. Ecazkar qızılı payız koloriti, gözəl rəng keçidləri ilə işlənmiş üç hissəli qobelendə həm də, fəsillərin kəsişməsi təsvir olunur və gözoxşayan mənzərə ilə ağac vahid kompozisiyada birləşir. Bahar iri gövdəli ağacın kökü ətarfındakı yaşıl otlar və təravətli çiçəklərlə, yay yaşıl yarpaqlarla simvolizə edilir. Qobelenin üst səthində, qollu-budaqlı ağacın üzərində isə ağ-mavi rəng ləkələri ilə qış fəsli-qar təpələri işlənmişdir.

Sizləri muzeyimizə, rəngarəng sənət dünyasından zövq almağa dəvət edirik. Sərgi 25 fevraladək davam edəcək