Muzeyimizdə Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərslər keçiriləcək.

Hər həftənin 4-cü günü təşkil olunacaq ustad dərslərdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə muzey əməkdaşları tərəfindən ətraflı məlumat veriləcək. İştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanması öyrədiləcək. Ustad dərs üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunacaq.
İlk ustad dərs 28 oktyabr, saat 14:00-da keçiriləcək. Bir ustad dərsin qiyməti 10 AZN-dir.
Pandemiya şəraiti ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, öncədən qeydiyyatdan keçməyinizi xahiş edirik.