Tacikistanın paytaxtı Düşənbə şəhərində uzun illər davam edən “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində MDB ölkələri muzeylərinin əməkdaşlığına həsr olunan Beynəlxalq konfrans keçirilib.

Tacikistanın paytaxtı Düşənbə şəhərində uzun illər davam edən “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində MDB ölkələri muzeylərinin əməkdaşlığına həsr olunan Beynəlxalq konfrans keçirilib. Tacikistan Milli Muzeyində “MDB məkanında dekorativ sənət" mövzusunda təşkil olunan konfransa müxtəlif ölkələrdən 30 mütəxəssis qatılıb. Konfransda Azərbaycan Milli Xalça Muzeyinin eksponatların qeydiyyatı və mühafizəsi üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova “Odda doğulan sənət” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan Milli Xalça Muzeyinin Zərgərlik fondunda qorunub saxlanılan mina texnikasında hazırlanmış məmulatlar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində ilk beynəlxalq konfrans 16 noyabr 2016-cı il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçılıq sənəti” mövzusunda keçirilib.