Azərbaycan Milli Xalça Muzeyi sizi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində keçirilən xalça eskizi üzrə ustad dərsinə dəvət edir.
Əziz dostlar!
Azərbaycan Milli Xalça Muzeyi sizi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində keçirilən xalça eskizi üzrə ustad dərsinə dəvət edir. Ustad dərs görkəmli sənətkarın qızı, sənətşünas, xalçaçı-rəssam Nərminə Əliyeva tərəfindən təqdim olunacaq.
Dərs üçün bütün ləvazimatlar muzey tərəfindən təmin ediləcək.
Pandemiya şəraiti ilə əlaqədar yerlər məhduddur.Bunu nəzərə alaraq, aşağıdakı linkə daxil olmaqla öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Ustad dərsi Azərbaycan dilində keçiriləcək.
Azərbaycan Milli Xalça Muzeyi
4 noyabr 2021-ci il, saat 16:00