Sizi “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!
Sizi “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirəyə dəvət edirik. Mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin I kurs magistrantı Sədaqət Əliyeva tərəfindən təqdim olunacaq. O, dünya təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahovun xalçalara köçürülmüş möhtəşəm əsərlərindəki sirli-sehirli təsvirlər, onların mənaları barədə məlumat verəcək. S.Əliyeva dahi sənətkarın keçdiyi yarım əsrlik zəngin yaradıcılıq yolundan da danışacaq.
Pandemiya şəraiti ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, aşağıdakı linkə daxil olmaqla öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
27 noyabr 2021-ci il, saat 16:00