Tanınmış rusiyalı jurnalist, ictimai xadim, politoloq Maksim Şevçenko ailəsi ilə birgə Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
Tanınmış rusiyalı jurnalist, ictimai xadim, politoloq Maksim Şevçenko ailəsi ilə birgə Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Onlar muzeyin ekspozisiyasında nümayiş etdirilən dəyərli sənət nümunələri ilə tanış olublar.
Qonaqlara muzeyin direktoru Şirin Məlikova Azərbaycan xalça sənəti, ornamentlərin semantik mənası, muzeydə qorunub saxlanılan xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri haqqında ətraflı məlumat verib. Muzeyin həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Qonaqlar muzeyin “Zərgərlik” fondunu da ziyarət ediblər. Zəngin maddi-mədəni irsimizlə tanış olan Maksim Şevçenko Azərbaycan xalça sənətinə, onun tarixinə böyük maraq göstərib. Azərbaycan Milli Xalça Muzeyində olmaqdan böyük məmnunluq duyduğunu vurğulayan politoloq buradan xoş təəssüratlarla ayrılıb.