Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində xalça eskizi üzrə ustad dərsi keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində xalça eskizi üzrə ustad dərsi keçirilib. Kamil Əliyevin qızı, sənətşünas, xalçaçı-rəssam Nərminə Əliyeva tərəfindən təqdim olunan ustad dərsdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə məlumat verilib.
N.Əliyeva iştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanmasını öyrədib.